-
- 9-04-2019, 16:46
- 2 034
Ramin Hacılı azadlığa buraxılıb
QHT rəhbəri Ramin Hacılı azadlığa buraxılıb.
News24.az bildirir ki, bu barədə R.Hacılı özü sosial şəbəkədə məlumat yayıb.
R.Hacılının azadlığa çıxması ilə bağlı bir neçə gün əvvəl Nərimanov Rayon Məhkəməsində qərar verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edib.
Xatırladaq ki, o, 2018-ci il iyunun 4-də ölkədən qaçmaq istəyərkən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq), eləcə də, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilmişdi.