-
- 16-12-2023, 13:24
- 2 067
Ağdamda ağır qəzaya düşənlərin ikisi Türkiyəyə APARILIR
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşüblər.
News24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzada ağır xəsarətlər alan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Türkiyəyə aparılır.
PFL rəsmilərinin qardaş ölkədə əməliyyat ediləcəyi gözlənilir.
Qeyd edək ki, qəzaya düşənlər arasında, həmçinin PFL əməkdaşları - Sənan Abdullayev, Rasim Qafarlı, Elgiz Abbasov, Zaur Hacıməhərrəmov da var. Onların müalicəsi Bakıdakı özəl xəstəxanalardan birində aparılır.