ƏƏSMN 131 hüquq pozuntusu AŞKARLANDI
    • 9-04-2019, 17:08
    • 1 089

ƏƏSMN 131 hüquq pozuntusu AŞKARLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, güquq pozuntuların 41%-i əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39%-i işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5%-i qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15%-i digər hüquq pozuntularından ibarət olub.
 
Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.