Argentinada qasırğa nəticəsində 13 nəfər ölüb
    • 17-12-2023, 10:38
    • 134

Argentinada qasırğa nəticəsində 13 nəfər ölüb

Argentinada qasırğa nəticəsində 13 nəfər ölüb.

News24.az Apa-ya istinadən verdiyi xəbərə görə, qasırğa Atlantik okean sahilində yerləşən Baiya-Blanka şəhərində dağıntı və tələfata səbəb olub.

Qasırğanın mərkəzində küləyin sürəti saatda 150 km-ə çatıb.

Hakimiyyət orqanları əhaliyə səhər saatlarına qədər evlərindən çıxmamağı tövsiyə edib.