Bakı-Naxçıvan aviareysi təxirə salınıb
    • 17-12-2023, 13:31
    • 193

Bakı-Naxçıvan aviareysi təxirə salınıb


AZAL Bakı-Naxçıvan reysini təxirə salıb.

News24.az  xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan hava şəraitdir.

Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 12:30-a kimi təxirə salınıb.

Hava şəraiti ilə əlaqədar olaraq reyslərin qarşıdakı saatlarda da gecikəcəyi istisna deyil.