“Soruşub ki, vəziyyət pisdi?” - Asya oyandı
    • 17-12-2023, 14:56
    • 297

“Soruşub ki, vəziyyət pisdi?” - Asya oyandı

Reanimasiyada olan influenser Asya Aslanova oyanıb.

/OLAY-a istinadla yazır ki, bununla bağlı bloger Fidan Zeynn də paylaşım edib. Fidanın diş həkimi həyat yoldaşı Şamil Rzayev Asya ilə danışıb:

“Hamı yazıb ki, necədi? Şamil reanimasiyada keçib görüb. Deyib, qızlar hamısı burdadı, sənə dua edirlər. O isə “Niyə? Vəziyyət pisdi ki?” deyib. Özü belə bilmir ki, hazırda həyatla mübarizə aparır. Güclü və möhkəm ol, Asya. Dualarımız səninlədi”.

Qeyd edək ki, Asya sedasiya üsulu ilə diş çəkimi zamanı vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib.