Həftəsonları əlavə yuxunun FAYDALARI
    • 17-12-2023, 17:40
    • 303

Həftəsonları əlavə yuxunun FAYDALARI

Çinin Nankin Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, həftəsonu əlavə yatmaq infarkt və digər ürək-damar xəstəlikləri ehtimalını azalda bilər.

News24.az publika-a istinadla xəbər verir ki, araşdırmanın nəticələrini DailyMail xəbər portalı təqdim edib.

Müəlliflər yuxu dövrlərinin sağlamlığa necə təsir etdiyini görmək üçün 3400 insanı tədqiq ediblər.

Tədqiqatçılar respondentlərin sağlamlıq vəziyyəti, eləcə də yuxu vərdişləri haqqında məlumat toplayıblar.

Toplanmış məlumatları təhlil etdikdən sonra onlar müəyyən ediblər ki, həftə ərzində kifayət qədər yatmayan, lakin şənbə və ya bazar günü əlavə iki saat istirahət edə bilənlərin infarkt və ya insult keçirmə ehtimalı 63% azdır.

Bunun əksinə olaraq, həftə sonları itirilmiş yuxu saatlarına çatmayan işçilərin ürək-damar xəstəlikləri riski daha yüksəkdir.

Əvvəlki araşdırmalar da göstərib ki, həftəsonları əlavə bir və ya iki saat yatmaq piylənmə və depressiyanın qarşısını ala bilər.