Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə təhlükə GƏLİR
    • 17-12-2023, 20:43
    • 773

Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə təhlükə GƏLİR

Bu ilin sonuna qədər 3 maqnit qasırğası gözlənilir.

News24.az Ucnoqta.az-a istinadən xəbər verir ki, onlardan biri dekabrın 18-də proqnozlaşdırılır və iki gün davam edəcək. İkincisi isə bir günlük olacaq və dekabrın 22-də Yerə çatacaq.

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının alimlərinin verdiyi məlumata görə, 2023-cü il dekabrın 31-dən 2024-cü il yanvarın 1-nə keçən gecə Yer kürəsini maqnit qasırğası bürüyəcək. Yalnız yeni ilin ikinci günündə səngiməyə başlayacaq.