“Bütün Bakı danışır ki, sənin anan...” - Qarşıdurma
    • 18-12-2023, 10:17
    • 627

“Bütün Bakı danışır ki, sənin anan...” - Qarşıdurma

Xəbər verdiyimiz kimi, ötən həftələrdə mərhum Xalq artisti Ramiz Novruzun vizajist qızı Şəfəq Novruz ilə onun qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə arasında qalmaqal yaşanmışdı.

İkili bir-birinin ünvanına xoşagəlməz sözlər deyərək, sosial şəbəkələrdə bu mövzuda paylaşımlar etmişdilər. Bundan sonra tərəflər ailəiçi bu məsələni öz aralarında həll edib, barışdıqlarını açıqlamışdılar. Bir neçə gün davam edən sükut bu gün Şəfəqin paylaşımları ilə yenidən pozulub.

News24.az bizim.media-ya istinadən bildirir ki, Ş.Novruz sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada qarşı tərəfin, yəni Əzizənin anası tərəfindən onun üzərinə rüsvayedici iftira atıldığı bildirib.

Şəfəq vurğulayıb ki, atası, mərhum aktyor Ramiz Novruzun vəfatından sarsılaraq İstanbulda olduğu zaman özü qayçı ilə saçlarını kəsib. Bununla bağlı isə aylar əvvəl vizajist saçını kəsdikdən sonra ortaya çıxan mənzərəni çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Şəfəqin sözlərinə görə, onun bu hərəkətini keçmiş gəlinləri Əzizənin anası yaxın-ətrafa olduğu kimi deyil, biabırçı formada təqdim edib.

Belə ki, tərəflər mübahisə etdiyi zaman Əzizənin anası Şəfəqin qızı Ayana səsli mesaj göndərək bu sözləri dilə gətirib:

"Bütün Bakı danışır ki, sənin anan Şəfəqin başını qırxıb".

Mərhum aktyorun qızı bu ifriraya cavab olaraq "Deyir ki, guya mən saçımı özüm kəsdirməmişəm, kimlərsə başımı qırxıb. Baş qırxılmaq bilirsiniz də, ya xəyanətə ya da ki ərə gedəndə bakirə olmadığın üzə çıxmağa görə olur. Həmçinin söyləyib ki, mən Şəfəq guya sərhədi keçəndə məni nəyəsə görə tutublar. Guya bundan sonra mən dövlətimizdən xahiş etmişəm ki, mənim başımı qırxdırandan sonra tanınmışam deyə bir video paylaşım sosial şəbəkədə və bununla da bu "baş qırxılmaq" məsələsini ört-basdır edim" sözlərini dilə gətirib”.

Həmçinin Şəfəq vurğulayıb ki, əgər qarşı tərəf və anası onun bu açıqlamalarından sonra susmasa və paylaşımlar etsə o zaman bu məsələnin daha rüsvayedici məqamlarının üstünü açacaq.

Şəfəq Novruz açıqlamaların sonunda bildirib ki, mərhum atası sağ ikən oğlu Nərimana əsəbi halda dəfələrlə xanımı Əzizədən boşanmasını və ondan sənə ailə olmayacağını söyləyibmiş. Amma Şəfəqin qardaşı saflığından atasının bu sözlərinə məhəl qoymayıb. Lakin bir müddətdən sonra Şəfəq özü Nərimanı Əzizədən ayırdığını diqqətə çatdırıb.