Boşalan Ermənistan və 10 milyonluq AZƏRBAYCAN - SƏBUHİ SƏDƏF YAZIR
    • 9-04-2019, 18:28
    • 1 135

Boşalan Ermənistan və 10 milyonluq AZƏRBAYCAN - SƏBUHİ SƏDƏF YAZIR

Hə, 10 milyon olduq. Nə az, nə çox, düz 10 milyon. 10 milyonuncu vətəndaşımızın məcburi köçkün ailəsindən olması da, haradasa bir mistikadır. İnanıram ki, erməni işğalına məruz qalan, evindən eşiyindən didərgin salınan Həsənovlar ailəsinin Mehriban balası çox yox, lap az müddətdə öz ata yurdunda o yan, bu yana qaçacaq, elə orada məktəbə gedəcək, böyüyəcək. Elə Azərbaycan kimi. 

Hə, aprelin 6-ı, saat 03:30 doğrudanda tarixə düşdü. Bu tarixi ana ilk reaksiya verən də, cənab prezident və xanımı oldu. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik etdilər. Bu gün isə Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər. Prezident tərəfindən onlara ev hədiyyə edilib.

News24.az xəbər verir ki, Azərbaycan Prezidenti həmişə ölkədə sağlam cəmiyyətin formalaşması, ailə institutunun təkmilləşdirilməsinin nəticəsi olan əhalinin say artımı, eyni zamanda, iqtisadi inkişaf, sabitlik və vətəndaşların sosial rifahının yaxşılaşması istiqamətində illərdən bəri aparılan sosial islahatların vacibliyini qeyd edib. Təkcə hərbi gücü və iqtisadiyyatına görə yox, demoqrafik göstəriciyə görə də Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Təsəvvür edin, Azərbaycan əhalisinin sayı Ermənstan və Gürcüstanın iksinin bir yerdə əhalisinin sayından çoxdur.
2003-cü ildən başlayaraq Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunmuş davamlı makroiqtisadi sabitlik, əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi, yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəlməsi demoqrafik inkişafa da müsbət təsir göstərib. Bu dövr ərzində əhalinin sağlamlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində ölüm səviyyəsinin azalması, xüsusən körpə ölümünün, doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması, ölkədən miqrasiya axınının azalması və müsbət miqrasiya saldosuna tədricən keçid müşahidə olunur.

Ermənistan isə sözün həqiqi mənasında boşalır. Bunu onların özləri belə həyəcan təbili çalaraq təsdiqləyirlər. Ermənistan Sosioloji Assosiasiyasının rəhbəri Qevorq Poğosyan deyir ki, aclıq, səfələt, sosial ədalətsizlik ucbatından ölkəsin mühacirət təhlükəli həddə çatıb. Sitat: Bu, artıq qeyri-normaldır və ciddi narahatlıq doğurur. Çünki artıq doğum səviyyəsi iki dəfə azalıb, ölümlərin sayı artıb, yoxsulların sayı çoxalıb”.

Sosioloqun tədqiqatlara əsasən, artıq 2020-ci ildə Ermənistan əhalisinin sayı 1,5 – 2 milyonadək azala bilər. 
Vətəndaşları ölkəni tərk etməyə vadar edən əsas səbəblər: işsizlik – 31,7%, perspektivsizlik – 29,6%, ədalətsizlik – 19,3% və adi çörəkpulu qazanmaq imkanı olmadığıdır – 17,2%.

Son bir ildə Ermənistanda doğum sayı 4,2 faiz azalıb. BMT-nin Dünya əhalisinin perspektivləri hesabatında qeyd olunub ki, demoqrafik göstəricilərin aşağı düşməsi səbəbindən yaxın gələcəkdə Ermənistan əhalisinin sayı 1 milyon 300 min nəfər azalacaq. Hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında gənclərin üstünlük təşkil etməsi isə təsadüfi deyil. İqtisadi problemlərlə yanaşı, onları narahat edən əsas məsələ ölkənin müharibə şəraitində olmasıdır. Gənclər özlərinə aid olmayan torpaqlar uğrunda ölmək istəmirlər. Bundan əlavə, miqrasiya edən əhalinin çox hissəsi ali təhsilli, iş qabiliyyəti olanlardır. Məktəblərdə və universitetlərdə tələbələrin sayı ildən-ilə azalır. Cəmiyyətin pessimist əhvali-ruhiyyəsinin əsas səbəbi korrupsiya, ölkədə mövcud olan qanunsuzluqlar, demokratik dəyərlərin və insan hüquqlarının tapdalanması, işsizlik və yoxsulluq hallarıdır ki, bu da əhalinin başqa ölkələrə getməsinə səbəb olan başlıca amillərdir. Hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcburdur.

Azərbaycandakı demoqrafik durum isə düşmən ölkəylə müqayisədə ölçüyəgəlməzdir. Əhalinin hərtərəfli inkişafına kömək etməyə yönəldilmiş tədbirlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif dövrlərdə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı, Yoxsulluğun azaldılması və davamlı sosial-iqtisadi inkişafı, Məşğulluq Strategiyasının həyata keçirilməsi, əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası, Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə və digər Dövlət Proqramlarında da əksini tapmışdır.
Və bu proqramlar işləkdir, uğurla həyata keçirilməkdədir…

Hə, 10 milyon olduq. Daha da çoxalacağıq.
Hə, atəşfəşanlıq etdik. Düz etdik. Sosial şəbəkələrdə bəzilərinin rişxənd və ironiyalarına da rast gəlindi. Və inandırım idbar görünürdü. Kiçik bir ölkənin 10 milyonuncu vətəndaşı doğulmuşdu. Axı bununla necə qürur duymayasan. Məgər siz bu ölkədə doğulduğunuza görə, qürur duymursuz?
Qürurlu olun da, bir az da...

Səbuhi SƏDƏF