Yaşlı velosipedçi ürəktutmadan öldü
    • 18-12-2023, 21:57
    • 312

Yaşlı velosipedçi ürəktutmadan öldü


Sumqayıt şəhərində velosiped sürən 57 yaşlı kişi ürəktutmadan ölüb.

News24.az APA-ya istinadla xəbər xəbər verir ki, hadisə Xəzər bağları adlanan ərazidə baş verib.

1966-cı il təvəllüdlü Camal Əbdül oğlu Canıyevin küçədə velosiped sürərkən qəfil halı pisləşərək dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü ehtimal olunur. 

Fakt araşdırılır.