Daha bir güləşçisimiz Avropa çempionatında finala yüksəlib
    • 9-04-2019, 18:59
    • 1 615

Daha bir güləşçisimiz Avropa çempionatında finala yüksəlib

Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

News24.az
 "Report"a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov yarımfinalda Gürcüstan təmsilçisi İrakli Mtsiturini məğlub edib. O, həlledici görüşdə polşalı Zbiqniyev Baranovski ilə qarşılaşacaq.

Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) yarımfinal məğlub olsalar da, bürünc medal uğrunda yarışacaqlar. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıblar. Bu çəki dərəcələrində medal görüşləri sabah keçiriləcək.

Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu olub. Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi final görüşünə çıxacaq. Hacı Əliyev (65 kq) və Ağahüseyn Mustafayev (70 kq) müvafiq olaraq türkiyəli Selahəttin Kılıcsallayan və Mustafa Kaya ilə üz-üzə gələcək. 57 kq çəki dərəcəsindəki Mahir Əmiraslanov bürünc medal görüşündə fransalı Zuheyir Əl Orajı, 97 kq-dakı Nurməhəmməd Hacıyev isə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.