-
- 19-12-2023, 12:00
- 238
"Məktəblərdə oğlanların sayı qızların sayından çoxdur" - Bahar Muradova
"2022-ci ildə qadınların orta aylıq əməkhaqqı kişilərə nisbətən 68.1%-i təşkil etmişdir".
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında müzakirə zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
"Ölkənin ümumtəhsil məktəblərindən oğlanların sayı qızların sayından çoxdur. 2022-2023-cü ildə yüksək nəticə göstərənlər arasında qızlar üstünlük təşkil etmişdir. Ali təhsil müəssisələrinə qızlar yüksək balla daxil olsa da, işə qəbul prosesindən oğlanlar üstünlük təşkil edir", - deyə o bildirib.
Qumral