Bakıda vətəndaşın intihar etmək cəhdi tıxac yaratdı - VİDEO
    • 30-07-2018, 10:17
    • 1 055

Bakıda vətəndaşın intihar etmək cəhdi tıxac yaratdı - VİDEO

Bu gün saat 9 radələrində Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac yaranıb.

Tıxac Heydər Əliyev prospektinin “Atəşgah” dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla, hissəsində müşahidə edilib.

Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədilə yol ötürücüsünün üstünə çıxması olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər.

Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

//Baku.ws