Prezident və birinci xanım Xocavənd və Xocalı rayonlarına səfər etdi
    • 20-12-2023, 15:57
    • 135

Prezident və birinci xanım Xocavənd və Xocalı rayonlarına səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.