-
- 21-12-2023, 20:12
- 599
Türkan Vəlizadə plastik əməliyyat etdirib? - Özü DANIŞDI
Müğənni Türkan Vəlizadə maraqlı açıqlama verib.
News24.az-ın xəbərinə görə, teleproqramların birində heç bir vaxt plastik əməliyyat etdirmədiyini deyib.
“Üz baxımlarını sevmirəm. Şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, “Bəsdir də əməliyyat etdirdin”.
Onlara demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə əməliyyat yoxdur. Bütün orqanlarım yerindədir”, - Türkan vurğulayıb.