Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var
    • 21-12-2023, 20:22
    • 306

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

News24.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində "Prado" markalı avtomobil "Qazel"lə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər - Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.