TƏCİLİ!!! 11-ci sinif şagirdi DÖYÜLDÜ: vəziyyəti ağırdır
    • 21-12-2023, 18:13
    • 845

TƏCİLİ!!! 11-ci sinif şagirdi DÖYÜLDÜ: vəziyyəti ağırdır

Mahaçqalada məktəbdə 11-ci sinif şagirdi huşunu itirənə qədər döyülüb . 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti  məlumat yayıb.

Agentliyin məlumatına görə, yeniyetmə artıq yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyatda olan onuncu sinif şagirdi tərəfindən döyülüb.

“11-ci sinif şagirdi huşunu itirib və xəsarətlər alıb. Tələbəyə beyin silkələnməsi diaqnozu qoyulub”, - deyə administrasiyadan bildirilib. 

Qeyd olunur ki, 11-ci sinif şagirdinə hücum edən yeniyetmə bir neçə dəfə də onunla münaqişə və dava edib.

Nəzrin