Bakıda 8-ci sinif şagirdi bıçaqlandı
    • 8-03-2020, 00:33
    • 1 034

Bakıda 8-ci sinif şagirdi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

8-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü S.Kazımov oxuduğu məktəbin 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şagird Bakıxanov qəsəbəsində yerləşən orta məktəblərin birində oxuyurlar.