Azərbaycanda hamilə qadınlarla bağlı YENİ QƏRAR
    • 22-12-2023, 12:08
    • 323

Azərbaycanda hamilə qadınlarla bağlı YENİ QƏRAR

Azərbaycanda hamilə, 14 yaşınadək uşağı olan qadınlara gecə və bayram günlərində işləməyə icazə verilməsinə dair qanuna dəyişikliklər sonuncu oxunuşdan keçib.

News24.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə hamilə, 14 yaşınadək uşağı olan, həmçinin, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol veriləcək.

Bu, 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil ediləcək.

Eyni zamanda üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qumral