Vətən müharibəsi iştirakçısı vəfat ETDİ
    • 22-12-2023, 22:21
    • 409

Vətən müharibəsi iştirakçısı vəfat ETDİ


Vətən müharibəsi iştirakçısı Fərid Kərimli bu gün vəfat edib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb.

1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.

O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.