Qəzzaya kim nəzarət edəcək? detallar
    • 23-12-2023, 11:51
    • 168

Qəzzaya kim nəzarət edəcək? detallar

İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağını qeyri-müəyyən müddətdə nəzarətdə saxlamaq istəyir.

News24.az xəbər verir ki, bu barədə “Washington Post” İsraildəki mənbələrə istinadla yazır.

Ağ Evin yüksək rütbəli rəsmisinin nəşrə verdiyi məlumata görə, Co Bayden administrasiyası Təl-Əvivi münaqişə bitdikdən sonra Fələstin rəhbərliyinin Qəzzaya qayıtmasına razılıq verməyə inandırmağa çalışır.

“Netanyahu bu ideyanı qəti şəkildə rədd edib, amma Qəzzanı kimin idarə etməli olduğunu bildirməyib. Bununla belə, o, İsrailin bu ərazini müddətsiz nəzarətdə saxlamaq ideyasını irəli sürüb”, - məlumatda qeyd edilib.

Nəşr iddia edir ki, təklif bir çox İsrail rəsmisi tərəfindən qəbul edilmir. Eyni zamanda, Vaşinqton sonda Netanyahunu Fələstin rəhbərliyinin Qəzzaya nəzarət etməsinə razı sala biləcək.

“Əvvəlcə Qəzzaya humanitar yardım və humanitar atəşkəslə razılaşmayacağını bildirən İsrail hökuməti sonda ABŞ-nin təzyiqindən sonra hər iki məsələni qəbul edib. Bu, hücumdan sonra ölkəyə verdiyi dəstəyə görə İsraildə nüfuzu artan Prezident Co Baydenin təzyiqinin Netanyahuya məsələni Fələstin Muxtariyyətinə həvalə etmək üçün təsir edə biləcəyinə ümidləri artırır”, - nəşr vurğulayır.

Ayşən