-
- 24-12-2023, 14:56
- 170
Təyyarə reysinə görə təxirə salınan imtahan keçirildi
24 dekabr 2023-cü il tarixində Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
DİM-dən News24.az-a verilən xəbərə görə, imtahan Naxçıvan şəhərində 2 binada təşkil olunub.
İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi‑müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.
Dekabrın 25-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Qeyd edək ki, dekabrın 17-də Səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilmişdi.