Ukraynanın mərkəzində partlayışlar baş verdi
    • 24-12-2023, 22:50
    • 252

Ukraynanın mərkəzində partlayışlar baş verdi

Ukraynanın mərkəzi hissəsində yerləşən Kirovoqrad vilayətinin inzibati mərkəzi olan Kropivnitski şəhərində partlayışlar baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Dnepropetrovsk, Kirovoqrad və Nikolayev vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib .