Baş nazir intihar etmək istəyən şəxsə nə deyib?
    • 30-07-2018, 11:18
    • 906

Baş nazir intihar etmək istəyən şəxsə nə deyib?

"Baş nazir Novruz Məmmədov bir nəfərin Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib".

 Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib:
"Səhər tezdən baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. O, başqa yolla gəməsinə baxmayaraq hadisəni eşidən kimi göstəriş verib və kortec hadisə olan yerə, yəni körpünün yanına gedib", - NK-nın sözüçüsü əlavə edib.

Onun sözlərinə görə, daha sonra Baş nazir intihara cəhd edən şəxslə telefon əlaqəsi yaradıb: "Baş nazir telefon danışığı nəticəsində intihara cəhd edən şəxsin probleminin nədən ibarət olduğunu, ona necə kömək edəcəyini soruşub. Cənab Novruz Məmmədov həmin şəxslə həm də psixloji söhbət edib".

Baş nazirin telefon danışığı zamanı məlum olub ki, inthara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: "Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək bu çıxış yolunu gördüyünü bildirib".

Baş nazirlə danışdıqdan Y.Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub.

Akif Əli əlavə edib ki, Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və onun rəhbərliyinə məsələni araşdırmaq üçün dərhal göstəriş verib: "Yaşar Əhmədova da müvafiq qurumlarla görüşmək tövsiyə olunub. İndi görüşlər davam edir, araşdırma gedir və həqiqətin necə olduğu araşdırmalardan sonra dəqiq məlum olacaq".

// Report