Paşinyan çətin durumda: yaxın günlərdə separatçılarla mübarizə...
    • 25-12-2023, 10:39
    • 230

Paşinyan çətin durumda: yaxın günlərdə separatçılarla mübarizə...

"Baş nazir Nikol Paşinyanı və onun hökumətini yaxın günlərdə İrəvanda Qarabağ separatçılarının tör-töküntüləri, o cümlədən radikal müxalifətin simasında “Qarabağ klanı” ilə gərgin mübarizə gözləyir.

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Paşinyan anlayır ki, bu qrupları neytrallaşdırmasa və separatçıların İrəvandakı “nümayəndəliklərini” qapatmasa Azərbaycanla sülh sazişinin imzalanması çətinləşəcək. 

“Çünki Ermənistan ərazisindən Azərbaycan ərazisinə iddia edən separatçılar gələcəkdə fərqli təxribatlara əl atacaqlar. Buna görə isə Ermənistan hakimiyyəti cavabdehlik daşıyacaq. İrəvandakı gənc daşnaklar bugünlərdə təxribata əl ataraq körpülərdən birinin altında həbs olunan separatçıların azadlığını tələb edərək onların şəkillərini asıblar. Ermənistanın hakimiyyət orqanları bir müddət sonra həmin şəkilləri yığışdırıblar. Növbəti mərhələdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyəti dayandırılmalıdır. Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq bildiriblər ki, Ermənistan ərazisində “ikinci hökumət” və ya “ikinci parlamentin” fəaliyyətinə imkan verməyəcəklər. Dediklərini etməlidirlər”.

Ayşən