Badalyandan sülh açıqlaması:
    • 25-12-2023, 17:09
    • 151

Badalyandan sülh açıqlaması: "Bakının təkliflərini almışıq"

Rəsmi İrəvan sülh müqaviləsinin mətni ilə bağlı Bakının təkliflərini alıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bundan əvvəl rəsmi Bakının sülh müqaviləsi ilə bağlı növbəti tövsiyələr paketini noyabrın sonunda İrəvandan aldığını söyləmişdi.

“Bir ay ərzində tərəfimizdən hazırlanmış tövsiyələr paketi Ermənistana təqdim olunub”.

Ayşən