Fransada idman kompleksində güclü yanğın
    • 25-12-2023, 23:45
    • 215

Fransada idman kompleksində güclü yanğın


Fransanın şimalındakı “Gravelines” şəhərciyində yerləşən “Sportica” idman kompleksində güclü yanğın başlayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, alov kafe və basketbol idman zalını bürüyüb.

Yanğın zamanı iki yanğınsöndürənin yaralandığı bildirilir.

Qeyd edək ki, dekabrın 28-də idman kompleksində keçiriləcək olan basketbol matçı yanğın səbəbindən ləğv edilib.