-
- 26-12-2023, 11:39
- 243
"Qərbi Azərbaycan: Xəritələr, eksponotlar, abidələr, deportasiya" adlı sərgi keçirildi
Milli Məclisdə "Qərbi Azərbaycan: Xəritələr, eksponotlar, abidələr, deportasiya" adlı sərgi keçirilib.
News24.az xəbər verir ki, sərgi Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutub və 30-dan çox eksponat nümayiş etdirilib.
Sərgidə Milli Məclisin sədri Sahibə Qafarova, deputatlar və icma üzvləri iştirak ediblər.
Sərgidə Qafqaz regionunun Baş xəritəsi (1858-ci il), Qafqaz regionunun ətraflı xəritəsi (1869-cu ), İrəvan Qalasının xəritəsi və açarlar, İrəvan xanlığının bayrağı, İrəvan xalçası, İrəvanda dağıdılmış Azərbaycan abidələri, İrəvan Xan sarayının görüntüsü nümayiş etdirilib. Eyni zamanda Ermənistan SSR-də azərbaycanlı əhalinin ümumi say tərkibində nisbəti (1970-ci ilin məlumatları əsasında) verilib.
Qumral