-
- 22-04-2019, 10:44
- 908
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda azərbaycanlı fotoqraf Etibar Cəfərovun əsərlərindən ibarət sərgi keçirilib.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, baş konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, elm, mədəniyyət və din xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu tədbirin 18 aprel - Dünya İrsi Gününə həsr olunduğunu qeyd edib. UNESCO tərəfindən Azərbaycanın bir sıra tarixi abidələrinin Dünya Mədəniyyət Mirasları siyahısına salındığını bildirən diplomat bu gün sərgidə onların da nümayiş etdirildiyini vurğulayıb. Sonra baş konsul fotoqraf E.Cəfərovu qonaqlara təqdim edib.
E.Cəfərov öz yaradıcılığı haqqında danışaraq iştirak etdiyi, o cümlədən qalib gəldiyi beynəlxalq müsabiqələr haqqında məlumat verib. O, həmçinin müəllifi olduğu bir neçə fotonun maraqlı tarixçəsini danışıb.
Daha sonra E.Cəfərovun çəkdiyi fotolar əsasında hazırlanmış, İçərişəhəri, Azərbaycanın müxtəlif bölgələrini, orada yaşayan milli və dini azlıqları, tarixi abidələrı, ölkəmizin füsunkar təbiətini, Bakının qədim və çağdaş memarlığını özündə əks etdirən iki videoçarx nümayiş etdirilib.
Çıxışlardan sonra Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi qonaqların böyük marağına səbəb olub.