Bakıda restoranda yanğın
    • 10-04-2019, 18:13
    • 1 074

Bakıda restoranda yanğın

Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi-70 ünvanında yerləşən "Təndir&Kabab" restoranının havalandırma sistemində yanğın olub.

News24.az
-ın hadisə yerində olan əməkdaşı bildirir ki, binanın birinci mərtəbəsinin arxa hissəsində restorana məxsus havalandırma sisteminin generatorunda qısaqapanma olub. Nəticədə elektrik kabelləri əriyib və generatorda tüstülənmə baş verib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Restoranın yerləşdiyi binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb.

Yeganə RZAXANOVA