15 yaşlı qız uşaq dünyaya gətirdi
    • 27-12-2023, 15:23
    • 692

15 yaşlı qız uşaq dünyaya gətirdi

Gürcüstanda 15 yaşlı qız Xaşuri xəstəxanasında uşaq dünyaya gətirib.

News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, azyaşlı Xaşurinin sığınacaqlarından birinə gətirilərkən 27 həftəlik hamilə olub.

"Qız dünən Xaşuri xəstəxanasının həkimlərinin köməkliyi ilə uşağı dünyaya gətirib. Dünən həm uşaq, həm də ana Tbilisiyə aparılıb",- deyə məlumatda qeyd olunub.

Aynurə