Məleykə Abbaszadə Qəbələ rayonunda vətəndaşları qəbul edəcək
    • 10-04-2019, 21:00
    • 843

Məleykə Abbaszadə Qəbələ rayonunda vətəndaşları qəbul edəcək

Qəbələ şəhərində keçiriləcək qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayon sakinləri, o cümlədən həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

News24.az xəbər verir ki, vətəndaşların qəbulu aprelin 19-da saat 11:00-da Qəbələ şəhər Mədəniyyət Mərkəzində (Qəbələ, 28 may küçəsi, 40, H.Əliyev parkının yaxınlığında) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki və Göyçay Regional Bölmələrinə müraciət etmələri (əlaqə tel: (024 244 66 14 – Şəki RB, 020 274 66 74 – Göyçay RB) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan Rayon Təhsil Şöbələrinin rəhbərliyinə müraciətə edə bilər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidir.