"Səməd Səmədovun əlindən toyunu aldım" - Cavanşir Məmmədov
    • 28-12-2023, 19:56
    • 813

"Səməd Səmədovun əlindən toyunu aldım" - Cavanşir Məmmədov

Əməkdar artist Cavanşir Məmmədov mərhum Xalq artisti Səməd Səmədovun əlindən toy almasından danışıb. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "7 tamam" verilişində etdiyi hadisədən bəhs edib:

"Səmədlə mən çox toya gedirdim, arada aramıza da girirdilər. Bir dəfə toyda ər-arvad mübahisə edirdi. Çağırdılar məni, soruşdular ki, boş vaxtınız nə zamandır? Səməd Səmədova 500 manat beh veriblər. Dedim ki, Səməd neçəyə gəlir? Cavab verdilər ki, 4 min manata. Dedim, 3 min manat verin gəlim. Səmədin toyunu əlindən aldım. Səməd soruşanda ki, nə etmisən? Cavab verdim ki, tərzim budur. Toyda şou edirdim, Səməd etmirdi".