Sosial şəbəkələrdə "xoruzlanmaq” müstəqillik sayıla bilməz - Deputat
    • 30-12-2023, 12:06
    • 169

Sosial şəbəkələrdə "xoruzlanmaq” müstəqillik sayıla bilməz - Deputat

Sosial şəbəkələrdəki ucuz tənqidlər və ya "xoruzlanmaq” müstəqillik sayıla bilməz.

News24.az-ın məlumatına əsasən, bu fikirlərlə deputat Bəhruz Məhərrəmov deyib. 

"Müstəqil şəxslər dövlətə arxalanan adamlardır. Azərbaycan vətəndaşı artıq dövlətin adamıyam deməkdən nəinki çəkinməməli, Heydər Əliyev dövlətinin adamı olmaqdan qürur duymalıdır. Ən azı ötən 3 illik dövr göstərdi ki, Azərbaycanda dövlət, hakimiyyət və vətəndaş ayrı cəbhələrdə deyil”, - B. Məhərrəmov belə deyib. 

Deputat vurğulayıb ki, bir sıra şəxslər var ki, onlar müstəqillik adı altında səfiriklərin həndəvərində vaxt keçirməklə özlərini bu səfirliklərə satmaqla məşğuldur:

"Buna tənə etmək istəyənlərin  kimin adamı olduğunu hamı yaxşı götür Bu xislətdə olanların hamısı Avropada kiminsə "qucağında” oturur və ya Bakıda çiyinində çantası səfirliklərin ətrafında veyillənərək özünü xarici ölkələrə satır”, - sitatın sonu.

Fərid Azəri