Elza Seyidcahan:
    • 31-12-2023, 10:13
    • 237

Elza Seyidcahan: "Bayram axşamı Şaxta baba kimi gəzib, hərf paylayacam... "

"Adətən Yeni il axşamı Şaxta baba, Qar qız gəzib insanlara hədiyyə paylayır. Mən də bu gün bayram axşamı ailəm ilə birgə gəzib "ç", "c", "g" "k" hərfləri paylayacam".

News24.az bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan Musavat.com-a açıqlamasında deyib.

"Bir Əməkdar artist, Bəstəkarlar İttifaqının üzvü kimi bunu özümə borc bilirəm. Çünki son illər bu hərflər insanlarımızın dilindən itib. Hətta televiziya aparıcıları, bəzi ibtidai sinif müəllimləri "ç", "c", "g" "k" hərflərini unudublar. Məsələn, Azərbaycan sözündə "c", çiçək sözündə "ç" hərflərini düzgün tələffüz edə bilmirlər. Belə bir deyim var, "bir milləti məhv etmək istəyirsənsə o millətin dilini, gənclərini korla", - deyə, Elza Seyidcahan qeyd edib.

Əməkdar artist bəzi televiziya aparıcılarını sərt şəkildə tənqid edərək, onlara səslənib:

"Bəsdir, efirdə ləhcə danışdınız! Ədəbi dildə danışın. Ləhcə ilə danışmaq bizi uçuruma aparır, ədəbi dilimizi unutdurur.

Və yaxud müğənnilər var ki, mahnıları ifa edərkən düzgün tələffüz etmir, aləmə "mikrob" yayırlar.

Ona görə də bu axşam mən insanlara "ç", "c", "g" "k" hərfləri paylayacam".