Məşhurlardan mərhum Elinaya - VİDEO
    • 11-04-2019, 13:01
    • 1 561

Məşhurlardan mərhum Elinaya - VİDEO

162 saylı orta məbtəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar səbəbinin araşdırılması üçün sosial şəbəkələrdə aksiyaya start verilib.

News24.az xəbər verir ki, prezident İlham Əliyevə ünvanlanan və “Uşaqlarımızı xilas edin” heşteqi ilə paylaşılan müraciətə məşhur simalar da qoşulub. Onlar müraciətdə Elina Hacıyevanın intiharında günahkar olanların ən sərt şəkildə cəzalandırılmasını xahiş ediblər.

Xalq artisti Naibə Allahverdiyeva:
Bu balanın qanı yerdə qalmamalıdır! Günahkarlar cəzasını almalıdır! Başa düşə bilmirəm məktəblərdə psixoloq olmalıdır. Bu yaşda olan uşaqlarda psixoloji dəyişiklər baş verir! Mən istəyirem Azərbaycanda instaqram bağlansın. Yoxsa bizim gəncliyimiz məhv olacaq inanın mənə! Azərbaycanda instaqram bağlanmalıdır!

Murad Arif:

"Ölkəmizdə məktəb müdirlərini kim və hansı prinsiplə təyin edir? Şübhəsiz ki, təhsil ocaqlarındakı sistematik problemlərin məsuliyyəti müdirlərin üzərindədir... Məncə bu təyinatların forması və üsuluna yenidən, yaxşı-yaxşı baxılmalıdır. İslahat deyiriksə, islahat budur. Fərdi araşdırmalar effekt vermir artıq. Bu adamlar (Məktəb müdirləri) özlərini ağa kimi hiss edir. Ümumi danışmaq istəmirəm, amma əksəriyyəti belədir! Bu ənənəni pozmaq lazımdır. Başa salmaq lazımdır ki, sən məktəb müdirisənsə, dədənin idarəsi deyil! Sən pulnan, tapşla təyin olunmusansa, əbədi deyilsən... Özləri anlamırsa, sistem, şərtlər, qanunvericilik bunu diqtə etməlidir".

Rejissor Nail Naiboğlu:

"Mən də atayam! Övladlarım var! Onlar da məktəbə gedirlər... Bir məktəbli qızın faciəsinə göz yuma bilmərəm!"

DJ Tural:

"Əziz dostlar, xüsusən məktəbdə sıxılan və təzyiqə məruz qalan dostlarımız. Siz də mənim əzizim. Oğlumu və qızımı necə müdafiə edərəmsə, sizə də elə arxa olaram. Daha sizi vicdansızların caynağına buraxmaram. Əgər məktəbdə problem varsa, danışmağa yaxınınız yoxdursa, kömək lazımdırsa, yazın. Bacardığım qədər kömək edəcəm. Amma ölməyin. Qurban olum ölməyin".

Rejissor Aqil M.Quliyev:

"...biz məktəbdə oxuyanda, nə internet, nə mobil rabitə, nə mobil telefonlar, nə də 24 saat nəzarət üçün avadanlıqlar yox idi...Hər məktəbə tam nızarıt olunmalıdır. Bütün məhsul şəxslər qanun çərçivəsində cəzaların almalıdır! Amma bu tragediya birincisi deyil, sonuncu da olmayacaq... Uşaq qəddarlığı da bununla bitməyəcək... Problem bizim şəriyyətlə demokratiya arasında azmış dünya görüşümizdədir... Biz özümüz boşanmış qadına hörmət edirikmi?! Biz özümüz elə indi, bu yaşda, Özümüzdən fərqli birisini təhqir etmirikmi?!... Biz, hər yıxılanı baltalayıb, özümüzü o uşaqlar kimi aparmırıqmı?!"

Rəqqasə Renka Ağamuradova:

“Neçə gündür özümə gələ bilmirəm. Niyə bizim məktəblərdə normal psixoloq yoxdur? Uşaqlar çox şeyi valideynlərinə danışa bilmirlər. Mən də məktəbdə çox əziyyət çəkmişəm. Axırda isə 9-cu sinifdən çıxsım. Uşaq psixologiyası çox həssasdır. İndi zəmanə çox dəyişib. Pis olub. Uşağın özünü pəncərədən atdığı anın görüntülərini görəndən sonra yata bilmirəm. Gözümün pnündən getmir. Uşağı məktəbə yolla salanda fikirdən ölürəm. İstəyirəm gedim qapısında oturum. Bütün gen uşaqlarla danışıram. Mən Rusiyada oxumuşam. Oradakı məktəblilər lap pis idi. Uşaqlar çox danışmaq, hər şeylə maraqlanmaq lazımdır. Bəzən rəfiqələrim uşaqları çox sıxdığımı, işlərinə qarışdığımı deyirlər. Amma biz bacımla özümüzdən də asılı olmayaraq onların üzərində əsirik. Niyə məktəbə həkim çağırılmayıb? Başa düçmürəm. Əsəbdən partlayıram. Belə olmaz! Bu qədər başı soyuqluq bəsdir”.

Teymur MƏMMƏDOV