“Sənin gedişinlə mənim üçün hər şey bitdi”
    • 31-12-2023, 20:00
    • 259

“Sənin gedişinlə mənim üçün hər şey bitdi”


“Mənə bir bayram verin, içində atam da olsun. Sənsiz ilk Yeni il. Sənin gedişinlə hər şey, hər kəs bitdi mənim üçün”.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı paylaşımında yazıb. Cavidan atasız keçirdiyi ilk bayram olduğunu vurğulayaraq, bunları əlavə edib:

“Sevdiyin insanı itirincə, hər kəs getmiş kimi hiss edərsən. Canımı yandıran bilirsiniz nədir? Vəfat günündən bir gün əvvəl əli ilə “əla” göstərib, dedi ki, hər şey yaxşı olacaq, göz vurdu. 

Dostlar məni qınamayın bu mənim ən həssas yerimdir, ömrümün sonuna kimi unudulmaz bir dərdimdir. Mən özümü gözəl tanıyıram. Sizi yormuş kimi olmayım, xaiş edirəm. Düzdür, komik lahiyədə, səhnə insanı olsam belə, içim heç vaxt gülmür, məni anlayın sadəcə, hər şeydə artıq soyuqqanlıyam. Hər şeyi, hər kəsi öz axarına buraxmışam hamını olduğu kimi qəbul etdim. Mən hər şeyi, işimi belə ayaqda qalmaq üçün yerinə yetirirəm. Çox gizlədə bilmirəm durumumu, bəzən və nadir hallarda belə açıq paylaşım edərəm. Keçən il mənim üçün nəinki ad günüm, bütün bayramlar demək olarki bitdi, hər şeyə nöqtə qoydum. İstəməzdim bu günlərdə belə neqativ olum. Amma ruh halım heç də yaxşı deyil və beləcə də çox gedəcəyimi nəsə düşünmürəm! 

Hə, bir də bəzi adamlara səslənirəm: nə olar mənimlə işiniz olmasın, xaiş edirəm. Öz dərdim özümə bəsdir”.