-
- 1-01-2024, 12:23
- 2 237
SON DƏQİQƏ! 7,4 maqnitudada ZƏLZƏLƏ oldu
Yaponiyanın mərkəzində güclü zəlzələlər olub.
News24.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, gücü 7,4 maqnitudaya çatan zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
Hələ ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Ancaq ölkənin qərb sahillərində hündürlüyü 5 metrə çatacaq sunami təhlükəsi elan olunub. Yerli sakinlər təcili sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.
İndiyə qədər 3 dəfə güclü zəlzələ xəbərdarlığı elan olunub. Yerli sakinlər növbəti yeraltı təkanlara hazır olmağa çağırılıb.