Yaponiyada güclü zəlzələ oldu
    • 16-03-2022, 19:30
    • 1 838

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada 7.3 bal gücündə zəlzələ olub.

News24.az xəbər verir ki, zəlzələ Yaponiyanın şimalında Fukuşima sahillərində qeydə alınıb.

Yaponiya Meteorologiya Agentliyi zəlzələnin dənizin 60 kilometr dərinliyində baş verdiyini bildirib.

Güclü zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilib. Dağıntı və tələfat barədə məlumat yoxdur. /Apa.az/