Prezident seçkilərində MDB-dən olan missiyaya Sergey Lebedev rəhbərlik edəcək
    • 3-01-2024, 14:38
    • 242

Prezident seçkilərində MDB-dən olan missiyaya Sergey Lebedev rəhbərlik edəcək

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək.

News24.az xəbər verir ki , onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.