Sabah MSK-nın iclası keçiriləcək
    • 15-12-2023, 14:56
    • 154

Sabah MSK-nın iclası keçiriləcək

Sabah Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə MSK-dan bildirilib.

İclasda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.