Ağır yol qəzası: 12 nəfər yaralandı
    • 3-01-2024, 17:21
    • 266

Ağır yol qəzası: 12 nəfər yaralandı

Kanadanın Toronto şəhərində sərnişin avtobusu və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər yaralanıb.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Bildirilib ki, toqquşmanın gücündən avtobus yol kənarına düşüb. Qəza zamanı ictimai nəqliyyatda 14 sərnişin olub ki, onlardan 11-i xəstəxanaya yerləşdirilib. Bundan başqa, minik avtomobilinin sürücüsü də xəstəxanaya aparılıb.

Hadisəyə səbəb avtobus sürücüsünün qarşı zolağa çıxması olduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.