İŞİD İrandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
    • 4-01-2024, 20:44
    • 264

İŞİD İrandakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb


İŞİD İranın Kirman şəhərində törədilən partlayışlara görə, məsuliyyəti öz üzərinə götürüb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərindəki iki partlayışda 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlərdən 84 nəfərinin şəxsiyyəti müəyyənləşib.