-
- 1-08-2023, 09:53
- 231
Pakistandakı hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürdü
Pakistanın Hayber Paxtunxva əyalətində koalisiya hökumətinin ortaqlarından olan İslam Üləma Cəmiyyətinin konqresini hədəf alan və 54 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
News24.az xəbər verir ki, İŞİD terror təşkilatı sosial media hesablarından paylaşım edərək hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.
Qeyd edək ki, Xeyber-Paxtunxvanın Bacaur bölgəsində JUI-F üzvlərinin konqresə təşkil etdiyi intiharçı hücumda 54 nəfər həyatını itirib, 200-ə yaxın adam yaralanıb.
Aydan