-
- 11-04-2019, 16:28
- 1 641
Elgün Səfərov: "Elina Hacıyevanın işi ilə bağlı yaxın günlərdə qərarlar olacaq"
“162 saylı məktəbdə intihar edən VIII sinif şagirdi Elina Hacıyevanın ölüm işi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur. Bununla bağlı, komitə ilə birgə digər dövlət qurumları, psixoloqlar, hüquq mühafizə orqanları işə cəlb edilib. Yaxın günlərdə qərarla bağlı açıqlamalar olacaq”.
Bu barədə News24.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib:
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfindən Elina Hacıyevanın ailəsinə başsağlığı verilib. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, hər hansı zorakılıq faktı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfindən pislənilir. 2006-cı ildən Dövlət Komitəsi yaradılandan bəri həm uşaqlara, həm də qadınlara qarşı zorakılıq faktları ilə bağlı tədbirlər həyata keçirilir. Eyni zamanda, maarifləndirmə işləri ilə yanaşı, həm də fərdi faktlarla bağlı araşdırmalar aparılır. Hazırda baş vermiş faktla bağlı artıq hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bu işin şəffaf və obyektiv araşdırılmasına dair göstəriş verilib. Yenə də qeyd etmək istəyirik ki, Dövlət Komitəsi və digər dövlət qurumları tərəfindən bu istiqamətdə işlər görülür, yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən verilən qərar açıqlanacaq”.
E.Səfərov hazırda Azərbaycanda ölüm hallarının artmasından təəssüfləndiyini bildirdi:
“Bullinqlə (eyni yaşıd uşaqların bir-birinə zorakılıq törətməsi) bağlı tədbirlər keçirilib. Bu gün Azərbaycanda da bu məsələ aktuallaşdığına görə, xüsusilə maarifləndirmə ilə bağlı yeni layihələr həyata keçirilməlidir. Son günlərdə məktəblərdə baş verən intihar hadisələri ilə bağlı bütün səviyyədə araşdırma aparılır. Ailələrdən, həmin məktəblərdə oxuyan şagirdlərdən hüquq mühafizə orqanları tərəfindən izahatlar götürülür. Eləcə də psixoloqlar, hüquqşünaslar cəlb edilib ki, vətəndaşlara ilkin yardımlar etsinlər”.
Afaq MİRAYİQ