Kənan Mahmudov məhbəsə “Drakon”un ziyarətinə getdi
    • 5-01-2024, 21:22
    • 557

Kənan Mahmudov məhbəsə “Drakon”un ziyarətinə getdi


Rejissor Kənan Mahmudov hazırda məhbəs həyatı yaşayan tanınmış aktyor Rza Rzayevin ziyarətinə gedib. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə "Drakon" ləqəbli aktyorun facebook səhifəsində məlumat verilib. Görüşün dünən baş tutduğu bildirilib. 

Səhifənin idarəçiləri Rza Rzayevin dostlarına müraciət edərək, onlardan həbsxanaya aktyorun ziyarətinə getməməyi xahiş ediblər. 

"Rza Rzayev özü belə istəyir", - deyə müraciətdə qeyd olunub.