Slovakiya təhsil üzrə Azərbaycan vətandaşlarına təqaüd verəcək
    • 11-04-2019, 17:25
    • 966

Slovakiya təhsil üzrə Azərbaycan vətandaşlarına təqaüd verəcək

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Bu barədə Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir. Təqaüd proqramına müraciət edəcək iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri inglis və ya slovak dilləridir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.