-
- 6-01-2024, 18:25
- 172
İranda nazir müavininə qarşı sui-qəsd
İranın sənaye, mədən və ticarət nazirinin müavininə qarşı sui-qəsdə cəhd edilib.
News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, İranın sənaye, mədən və ticarət nazirinin müavini - Məhəmmədmehdi Bəradərana qarşı Qəzvin yolunda sui-qəsd təşkil edilib. Sui-qəsdə cəhd nəticəsində onun avtomobili qəzaya düşüb. Qəzanı törədən şəxs isə hadisə yerindən qaçıb.