Məşhur redaktorun və sabiq ərinin meyitləri tapıldı
    • 7-01-2024, 09:34
    • 365

Məşhur redaktorun və sabiq ərinin meyitləri tapıldı

Kuban dövlət televiziya və radio yayımı şirkətinin internet qrupunun rəhbəri Zoya Konovalova dünyasını dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 48 yaşlı məşhur redaktorun və onun 52 yaşlı keçmiş ərinin meyitləri evdə tapılıb.

Rusiya mətbuatı xəbər verir ki, faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarının Krasnodar şəhərinin Qərb bölgəsi üzrə İstintaq İdarəsində ilkin araşdırma aparılır.

Meyitlərin müayinəsi zamanı heç bir gözə çarpan xəsarət aşkar edilmədiyi qeyd edilir. Məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Polisin məlumatına görə, ölümün ilkin səbəbi naməlum maddədən zəhərlənmədir və hadisə yerindən bir torba toz tapılıb.